az
en

Digər məqalələrə bax

Riqanın işgüzar mərkəzində Butik otel

Riqanın işgüzar mərkəzində Butik otel

Bu, Riqanın Qədim Şəhər hissəsində yerləşən çardağı terraslı, altı mərtəbəli bina üçün interyer memarlığı layihəsidir. İlk iki mərtəbədə St.Petrus restoranı yerləşir, qalan dörd mərtəbə isə butik otelə ev sahibliyi edir.

2015-ci ildə Latviya Memarlıq Mükafatını qazanmış yeni tikili tarixi şəhər mərkəzinin orta əsrlər memarlığını ahənglə tamamlayan nadir XXI əsr memarlıq əsərlərindən biridir. Jaunromāns and Ābele memarlıq ofisi ərazinin ötən əsrdən qalma memarlığını araşdırdıqdan sonra üç fərqli üslubda binaların mövcudluğunu aşkarladı. Beləliklə, tarixin şahidliyi memarlıq konseptinin başlanğıc nöqtəsi oldu.

Həm tarixə, həm də müasirliyə hörmət əlaməti olaraq memarlıq keyfiyyəti interyer konseptində də davam edir. Memarlığın nizamsız formaları funksional plana xüsusi təsir edib. Kəskin və sərt kənarlara malik memarlıq interyerdə plastik və axıcı cizgilərdə gizlənib, bu, məkanın proporsional, məntiqi və aydın sxemini yaradır.

Otelin nəzərdə tutulan auditoriyası keyfiyyətə, fərdi dizayna və yerləşmə üstünlüyünə qiymət verən səyyahlardır. Buna görə də bizim məqsədimiz qonağın şəxsi yaşayış məkanı təəssüratı oyadan atmosfer yaratmaq idi. Bu evsayağı abhavanı yaratmaq üçün insanların vizual effektləri müxtəlif duyğuları ilə – eşitmə, görmə, toxunma – necə qəbul etdikləri barədə çox düşündük. Hər bir otel otağı konseptual olaraq evdən uzaq ev hissiyyatı bağışlayır.

Gəlin yeni layihəyə birlikdə başlayaq!

Bizimlə əlaqə saxlayın