az
en

Daha çox interyer dizayn layihələrini kəşf et

St. Petrus restoranı. Bir restoran. İki əhval.

St. Petrus restoranı. Bir restoran. İki əhval.

St.Petrus restoranı Riqanın Qədim Şəhər hissəsində yerləşir. Bura binanın ilk iki mərtəbəsini əhatə edir və mərtəbələrin hər biri müxtəlif biznes modelinə əsasən dizayn edilib. Birinci mərtəbə açıq planlı mətbəxi olan qastro-bardır. İkinci mərtəbə isə nəfis nahar təcrübəsi yaşamaq üçün bir restorandır.

Memarlığın xarakteristik elementləri teksturlu fasadlar və interyer konseptinin başlanğıc nöqtəsi olan ekspressiv pəncərələrdir. İnteryerlə memarlıq arasındakı əlaqə ziddiyyət prinsipinə əsaslanır. Pəncərələrdən süzülən təbii gün işığı işıqların və kölgələrin ritmini gücləndirir. Bu, teksturların dinamik abhava yaradan motivinə çevrilir. 

Memarlığın nizamsız formasını nəzərə aldıqda, restoranın əsas obyekti binanın birinci mərtəbəsinin mərkəzində yerləşən açıq planlı mətbəxdir. Onun forması, digər funksiyalar kimi memarlığın cizgilərini izləyir. Eyni prinsip ikinci mərtəbədə də tətbiq olunub.

Bizim üçün birinci mərtəbənin əlavə gün işığı təmin edən fasadının ideyasını davam etdirmək vacib idi. Biz davamlı gündüz abhavası hissiyatı yaratmışıq. İkinci mərtəbədə restoranın etiketinə sadiq qalan nəfis nahar konsepti hökm sürür – xüsusi menyu və xidmət. Buna uyğun olaraq ikinci mərtəbənin əhvalı dinamik qastro-barla müqayisədə daha çox axşam atmosferinə yönəlib.

  • layihə növü:: restoran
  • ərazi: 270 m2
  • interyer dizayn: Anna Butele
  • komanda: Diāna Kūla, Berta Lerhe
  • fotoqraf: Ingus Bajārs
  • il: 2017
Daha ətraflı

Gəlin yeni layihəyə birlikdə başlayaq!

Bizimlə əlaqə saxlayın