Beşbarmaq tranzit nöqtəsi üçün ilkin konseptual təklif
Beşbarmaq Bakını Azərbaycanın mərkəzi rayonları və Rusiya ilə birləşdirən magistral yolunun əsas tranzit nöqtəsidir. Ərazinin mövcud həcm imkanlarını və istifadəçi tezliyini nəzərə alaraq, layinənin yenilənməsinin məqsədi nəqliyyat və piyada infrastrukturunun təkminləşdirilməsi, həmçinin mövcud memarlığın funksionallığını yeni həllər ilə yaxşılaşdırmaqdır. Layihənin məqsədi sərnişin üçün qısamüddətli və uzunmüddətli avtoparklar və dayanacaqların, ağır və ictimai nəqliyyatın, təhlükəsiz piyada keçidlərin və yaşıllıq ərazilərin təkmilləşməsidir. Layihə həmçinin mövcud funsksiyalar – bazar, mehmanxana, kafe, restoran, mağaza və məlumat mərkəzinin təkminləşdirilməsini və müasirləşməsini nəzərdə tutur.