az
en

Daha çox interyer dizayn layihələrini kəşf et

Ziyarətgah Düşərgəsinin bərpası

Ziyarətgah Düşərgəsinin bərpası

Ziyarətgah düşərgəsi Azərbaycanda Beş Barmaq dağının bərpası və landşaft inkişafı layihəsinin bir hissəsidir. Beş Barmaq dağı ölkənin rəmzlərindən biridir və zəvvarlar üçün məşhur bir yerdir. Layihənin məqsədi dağlıq ərazidə yerləşən müqəddəs məkana ziyarəti asanlaşdırmaq və turizm məqsədilə dağın səmərəli istifadəsinə imkan yaratmaqdır. Məqsəd infrastrukturun, landşaftın və memarlığın təkmilləşdirilməsidir. Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib. Dağ Xəzər dənizinin yaxınlığında, Siyəzən rayonunda yerləşir. Bakı-Quba magistral yolu tərəfində dəniz səviyyəsindən 590 m  yüksəklikdədir. Beş Barmaq Qafqazın ən məşhur dağlarından biridir.

  • layihə növü: landşaft / memarlıq
  • ərazi: 3500 m2
  • memarlıq: COBALT / ANNVIL
  • komanda: Guntis Zingis, Karlis Saltups, Togrul Bayramov, Susan Aliyeva, Ardit Elezi, Muslum Imranli, Aygun Budaq, Gunay Mammadova, Farid Abdulov, Royal Jamalli.
  • il: 2018 – indiyə kimi
  • status: texniki dizayn
Daha ətraflı

Gəlin yeni layihəyə birlikdə başlayaq!

Bizimlə əlaqə saxlayın