az
en

Daha çox interyer dizayn layihələrini kəşf et

Palladium Konsert Zalı

Palladium Konsert Zalı

1913-cü ildə açılmış Palladium kinoteatrı Baltikyanı bölgədəki ən müasir və 250 oturacağı ilə ən geniş kinoteatrlarından biriydi. 20-ci illərdə Palladium 1080-dək oturacağı ilə Avropanın ən böyük kinoteatrı idi. Orada futuristik dizaynlı kafe və filmlərə baxmaq üçün ikinci mərtəbə eyvanı vardı. Populyarlığına baxmayaraq böyük kinoteatr 21-ci əsrin başlanğıcında bağlandı. Teatrı yeniləmək üçün bir çox cəhdlər olsa da, uğursuzluqla nəticələnmişdi. “Positivus” konsert agentliyi kinoteatrın sahibi olanadək vəziyyət belə davam etdi. 2011-ci ildəki mühüm restovrasiyadan sonra tarixi irsə hörmətlə əfsanəvi adını qoruyaraq Palladium konsert zalı açıldı. O, Baltikyanı bölgədəki ən böyük konsert zalına çevrildi, bura 2000 nəfərlik orta həcmli konsertlər üçün nəzərdə tutulub.

İnteryer dizaynının başlanğıc nöqtəsi konsert zalının adı – Palladium oldu. Yunancadan tərcümədə Palladium şəhərin tilsimi və rəmzi mənasını verir. Konsert zalının konsepti də bu mənadan inkişaf etdirildi – “şəhər içində şəhər”. Bu motivə əsasən çöl fasaddakı materiallar və rəng tonları bütün eksteryerə uyğunlaşdırıldı. İnteryer dizaynının rəngləri isə Riqanın küçələrindən alıb – burada bej və mavi rənglər Palladiumun göyümtül tonlarına qarışır.

  • layihə növü: ictimai
  • ərazi:
  • interyer dizayn: Anna Butele
  • komanda: Salvis Stafeckis, Olga Ponomarjova, Madara Līviņa - Aišpure
  • fotoqraf: Aleksejs Belokopitovs
  • status: tamamlanıb
  • il: 2011
Daha ətraflı

Gəlin yeni layihəyə birlikdə başlayaq!

Bizimlə əlaqə saxlayın