az
en

Daha çox interyer dizayn layihələrini kəşf et

Cafe Dali, Arthaus Qəhvə Dükanı

Cafe Dali, Arthaus Qəhvə Dükanı

Cafe Dali arthaus qəhvə dükanıdır, o, kreativ bölgə olan Spikerinin mərkəzində yerləşir. Bu bölgə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. XIV əsrdə Spikeri gəmilər üçün saxlama terminalı kimi fəaliyyət göstərmiş, həmçinin, çətənə anbarı adlanmışdır. Hazırda Spikeri ikinci həyatını yaşayır və geniş mədəni ansambla – konsert zalı, müasir incəsənət sərgisi zalı və restoranlar – malik kreativ sənət mərkəzinə çevrilib.

Cafe Dalinin konseptinə təkcə yüksəkkeyfiyyətli Skandinav qəhvəsi təklif edən kafe daxil deyil, bura həm də yeni başlayan rəssamlar üçün sərgi mərkəzi kimi də fəaliyyət göstərir. Adını məşhur sürrealist rəssam Salvador Dalidən alan Cafe Dalinin interyer dizaynı da sənətkarın unikal formalar, simvollar, rənglər və fəlsəfə anlayışını xatırladır. İspan sürrealistinin 1944-cü ildə Vogue jurnalı üçün dizayn etdiyi üz qabığı interyer dizaynının konseptinin başlanğıc nöqtəsi kimi götürülüb. Kafe özündə sürrealizmin əsas xüsusiyyətlərindən birini ehtiva edir – bilinən obyektləri qeyri-adi quruluşda birləşdirmək. Kafedə ziddiyyətləri qeyri-adi təqdimatdakı rasional həll yollarında tapmaq olar. İnteryer dizaynı ənənəvi formasından və ətraf mühitindən kənarda yaşayır. Divarlar kağız vərəqləri ilə örtülüb və bu məkan üçün illüziya forması yaradır. Lounc zonasının divarlarındakı kağız qatlamalar kafeni daha dairəvi formalı edir və daha sürreal hisslər bəxş edir. Məkanın mərkəzində Dalinin simvolik elementlərinin ekspozisiyası yerləşir. Onlar kağız qatları altında gizlənərək divarlara qarışır və obyektlərin siluetini vurğulayır. Güzgülü divar isə əkslər yaradır və məkana hərəkətli dinamika verir. Mərkəzi obyekt, yəni bar Dalinin sənət əsərlərinin xüsusiyyətlərini əks etdirir, orada qıvrımlı xəttlər və formalar zərif klassikaya istinad edərək axır. Kimsə Daliyə “Sevimli rənginiz hansıdır?” sualını verəndə o dərhal cavab verərmiş – mavi və qızılı tonlar. Qumlu bəyaz və ilıq tonlarla tamamlanmış rəng həlli üçün məhz bu rənglər əsas götürülüb.

  • layihə növü: ictimai
  • ərazi:
  • interyer dizayn: Anna Butele
  • layihə rəhbəri: Diāna Kūla
  • fotoqraf: Ingus Bajārs
  • status: tamamlanıb
  • il: 2014
Daha ətraflı

Gəlin yeni layihəyə birlikdə başlayaq!

Bizimlə əlaqə saxlayın