az
en

Daha çox interyer dizayn layihələrini kəşf et

Virtuallıq real həyata qarşı

Virtuallıq real həyata qarşı

Scandiweb Avropa və ABŞ-da e-Ticarət üzrə ən geniş inkişaf komandasına malik tam yığımlı şaquli inteqrasiya edilmiş xidmət təminatçısıdır. Şirkətin baş ofisi Riqada yerləşir və burada təxminən 150-yə yaxın insan çalışır. Scandiweb 2003-cü ildən bəri  yeni başlayan startapları və Jaguar Land Rover, Peugeot, New York Times, Reuters kimi əsaslı brendləri rəqəmsal strategiya ilə təmin edir. Ofis işinin təşkilində və mühitində dünyanın ən nüfuzlu IT şirkətlərindən ilhamlanmış qlobal biznes ideyası özünü göstərir. IT sənayesi virtual reallıqda davamlı və uzunmüddətli iş tələb edir. Bu səbəbdən interyer konseptin məqsədi virtual reallıqla real həyat arasında balans yaratmaqdır. Biz müstəqil iş mühiti yaratmaq üçün çoxməqsədli iş məkanı prinsiplərini izləmişik. Ofis funksional olaraq iki sahəyə bölünüb – iş və oyun. İş sahəsi rəmzi olaraq reallığı əks etdirir, burada təbii örtük materialları, bitkilər və işıq üstünlük təşkil edir. Oyun sahəsi isə görünüş olaraq sintetik örtüklərlə təqdim olunmuş virtual reallıqla əlaqələndirilib.

  • layihə növü: ofis
  • ərazi: 362 m2
  • interyer dizayn: Anna Butele, Linda Balode
  • komanda: Dace Karole
  • fotoqraf: Ingus Bajārs
  • il: 2017
Daha ətraflı

Gəlin yeni layihəyə birlikdə başlayaq!

Bizimlə əlaqə saxlayın