az
en

Daha çox interyer dizayn layihələrini kəşf et

Cheloni, Sankt-Peterburqda İkimərtəbəli Mənzil

Cheloni, Sankt-Peterburqda İkimərtəbəli Mənzil

Sankt-Peterburqun “Парадный Квартал” adlı lüks ərazisində penthaus tipli mənzil layihəsi yerləşir. “Парадный Квартал” Sankt-Peterburqun mərkəzində yeni tikilmiş, mötəbər məkandır. Neoklasisizm üslubunda tikilmiş bina iki məhəllədən ibarətdir. Burada təkcə mənzil yox, həm də ofis binaları, mağazalar, lounclar və müxtəlif servislər var. Bölgənin sürətli inkişafına görə bura Qızılı Mil adı ilə tanınır. Biz də məhz burada iki mərtəbəli penthaus üslublu bina dizayn etmişik. Bina ümumi sahəsi 450 m2 olan ikimərtəbəli mənzil şəklindədir. Yuxarı mərtəbə valideynlər üçün nəzərdə tutulub, aşağıda isə hər şey uşaqlar üçündür.

Mənzilin funksional planının strukturuna əsasən bura vizual cəhətdən tısbağanı xatırladır. Bu səbəbdən interyer dizanı tısbağanın dəyərlərini təcəssüm etdirir, yəni ən əsası uzunömürlülük – bu, yüksək qiyməyə və keyfiyyətə malik örtüklərin istifadəsində əks olunub. Təhlükəsizlik üçün Ağıllı ev texnologiyasından istifadə edərək ailə məkanını müdafiə altına almışıq. Stabillik üçün üstün detallı, yüksəkkeyfiyyətli və davamlı dizayn, rəng və teksturlar seçmişik. Ahəng isə hazırda harmonik mühitdə yaşayan iki nəslin bir binada yerləşməsində əks olunub. İnnovasiyalar hissəsinə gəldikdə biz uzunmüddətli perspektivdə böyük mənfəətə çevriləcək ən son texnologiyalardan istifadə etmişik.

  • layihə növü: fərdi
  • ərazi: 450 m2
  • interyer dizayn: Anna Butele
  • komanda: Gita Baumane, Ilvars Jermacāns
  • 3D artist: Olga Ponomarjova
  • status: tamamlanıb
  • il: 2014
Daha ətraflı

Gəlin yeni layihəyə birlikdə başlayaq!

Bizimlə əlaqə saxlayın