az
en

Digər məqalələrə bax

Yarat Müasir İncəsənət Mərkəzi üçün memarlıq konsepsiyası

Yarat Müasir İncəsənət Mərkəzi üçün memarlıq konsepsiyası

Yarat, müasir incəsənətin anlayışını inkişaf etdirmək və Qafqazda, Mərkəzi Asiyada və ətraf ərazidə bədii təcrübə, tədqiqat və düşüncə mərkəzi yaratmaq üçün hazırlanmış müasir incəsənət məkanıdır. Müasir incəsənət məkanı Bakı bulvarında yerləşir və Bakı sahillərinə paraleldir.

Lobbi, resepşn və lounge hissəsindən ibarət olmaqla binaya giriş habının yer aldığı əlavə konstruksiya dizayn etmişik. Nəzəri olaraq, yeni bina uzantısı monumental obyekt kimi dizayn olunub və o, binanın ümumi quruluşunun bir hissəsi olmaqla yanaşı həm də fərdi konstruksiyadır. Bu baxımdan, giriş habı sabit konstruksiyadan funksional sahəyə çevrilib.

Binanın fasadı çərçivəsiz, konstruksiya baxımından öz-özünə dəstək verən qoşa şüşəli arakəsmələrdən ibarətdir. İki paralel şüşə lövhələrin arasında, sərgi platforması kimi fəaliyyət göstərən boş sahə var. Şəffaf giriş habı interyer və eksteryer sahələri arasındakı sərhədi müəyyən edərək, hər iki quruluşun tək bir formada birləşməsinə imkan yaradır. Bu effekt həmçinin axıcı, işləməli xrom örtülü tavan ilə daha da artırılır. Materialın səthi qapalı və açıq hava məkanlarının dinamik əksindən ibarət güzgü görüntüsüdür.

Yeni əlavə mövcud memarlıq ilə kontrast yaratması üçün düşünülmüş bir tikintidir. Bu yolla, dünyadakı proseslərin fonunda müasir incəsənətin vacibliyini və mövcudluğunu təbliğ etməyi qarşısına məqsəd qoyan YARAT İncəsənət Məkanının mahiyyətini vurğulayır. Müasir incəsənəti təmsil edən memarlıq da onun bir hissəsini təşkil edir.

Bitişik bina üçün də bənzər əlavə planlaşdırılır.

YARAT (Azərbaycan dilində “yaratmaq” deməkdir) 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmişdir. YARAT öz fəaliyyətini daimi sərgi, təhsil tədbirləri və festival proqramları vasitəsilə həyata keçirir. YARAT yerli və beynəlxalq incəsənət şəbəkələri, o cümlədən fondlar, qalereyalar və muzeylər arasında mübadiləni asanlaşdırır.

Gəlin yeni layihəyə birlikdə başlayaq!

Bizimlə əlaqə saxlayın