az
en

Digər məqalələrə bax

100 EKSPERİMENT. Dizayn proseslərini ilhamlandıran ünsürlər.

100 EKSPERİMENT. Dizayn proseslərini ilhamlandıran ünsürlər.

Ətraf aləmdə ilhamlanma prosesi necə yaranır? İnsanlar bir-birini necə ilhamlandırır? Bəs bu ilhamlanma hər bir kəsin fərdi təcrübəsi ilə necə dəyişir? Bu sualları cavablandırmaq məqsədi ilə bir memara tapşırırıq ki, Teo van Dusburqun “Rus rəqsinin ritmi” adlı rəsm işinə baxaraq oradakı ilham mənbəyini araşdırıb tapsın, daha sonra əldə etdiyi nəticələri digər memarlara ötürsün, bununla da, ünsiyyət, qarşılıqlı əməkdaşlıq və ilhamlanma şəbəkəsini, yəni öz-özlüyündə müəyyən bir rəqsi hərəkəti formalaşdırsın.

Yaradıcı dizayn işləri zamanı ilhamlanma başlıca hərəkətverici qüvvədir. Memarlıq sahəsində bu, konsepsiya və yanaşmaların çox vaxt gözlənilməz və proqnoz edilə bilməyən şərtlərdə ərsəyə gəlməsinə təkan verir. Cobalt ofisinin təsisçilərindən biri olan dizayner Anna Butele ilhamlanma anlayışını maqnit qurğularına bənzədərək araşdırır: Əməkdaşlıq şəraitində icra olunan eksperimental layihə nəticəsində 100 iş canlanır. 28 ölkədən olan tanınmış memarlar tərəfindən hazırlanmış çertyoj, qrafik layihələndirmə, fotoşəkil və modellər müəyyən bir zənciri formalaşdırır – ərsəyə gələn hər bir iş özündən əvvəlki nümunədən ilhamlanan müvafiq nəticədir. Bu memarların işində təcəssüm olunan şəxsi mülahizələri öz-özlüyündə bir sərgi mühitini  formalaşdıraraq auditoriyaya imkan verir ki, yaradıcı iş prosesləri üçün zəruri hesab olunan ilhamlandırıcı ünsürləri sezsin. “100 eksperiment” hər biri həm ilham mənbəyi, həm də təfsiredici məhsul kimi çıxış edən 100 ardıcıl işi bir araya gətirir.

Belə bir araşdırma bizə imkan verir ki, ilhamlandırıcı ünsürlərlə dərindən tanış olaq və onun daima inkişaf edən təbiətini, habelə qlobal miqyasını nəzərdən keçirək. Bu araşdırma sonsuz ilhamlanma şəbəkəsinin sadəcə bir mikroskopik tərəfinə geniş planda baxılmasına imkan verir.

Bəs bu eksperimentə necə start verildi?

Deməli, bir əsr öncə “De Stijl” adlı avanqard holland hərəkatının aparıcı nümayəndəsi olan Teo van Dusburq (1883-1931) həndəsi abstraksionizm prinsiplərindən ilham alaraq, “Ritme van een Russische dans” (“Rus rəqsinin ritmi”) (1918) adlı rəsm işini ərsəyə gətirdi. Van Dusburq həndəsi rəssamlığın çılğın təbliğatçısı hesab olunur. O, universal bir rəssam olmaqla yanaşı, həm də “De Stijl” jurnalının redaktoru idi. O, müxtəlif jurnallarla əməkdaşlıq etmiş və bir sıra rəssamlıq cəmiyyətlərinin üzvü olmuşdur. Beynəlxalq şəbəkənin qurucusu və üzvü kimi məhz onun səyləri nəticəsində gənc rəssamlar, memar və qrafik dizaynerlər arasında təmas qurulmuş, konqres, mühazirə və rəssam qrupları vasitəsi ilə bir araya gətirilərək öz işlərini təşviq edə bilmişdir.

On bir il sonra – 1929-cu ildə “Rus rəqsinin ritmi” əfsanəvi klassik Lüdviq Mies van der Rohe və Lilli Reyx üçün bir ilham pərisinə çevrilmiş, beləliklə, Barselonada təşkil olunan Ümumdünya sərgisində ən simvolik memarlıq nümunələrindən biri olan “Alman pavilyonu”nun ərsəyə gəlməsinə təkan vermişdir.

Olmuş bir hadisə: 2017-ci ildə Anna Butele Teo van Dusburqun rəsm işini amerikalı memar Qari Beytsə (“Space Group”) ötürərək həmin rəsmdən ilhamlanaraq ondan öz fərdi nümunəsini hazırlamağı xahiş etdi. Onun təfsiri daha sonra ilham mənbəyi kimi növbəti sənət əsərlərinin ərsəyə gəlməsi məqsədi ilə digər memarlara ötürüldü. Seçilmiş üç memardan hər biri Qari Beytsin işindən ilham alaraq öz nümunəsini hazırlayır və ilham zəncirini davam etdirir. Bu layihə əlahiddə bir sistem kimi gözlənilməz istiqamətlərdə dəyişərək sözügedən sahədə sərbəst surətdə hərəkət edir.

Göstərilən səylərdən və fərdi təcrübədən asılı olaraq, verilən töhfələr dəyişir və adətən əks istiqamətlərdə hərəkət edir: rasional və irrasional, daxili və xarici, şəxsi və ictimai, yerli və qlobal, təsadüfi və planlı, marjinal və mərkəzi, hətta məzlum və hökmran. Beləliklə, həmin töhfələr memarın ətraf mühitin layihələndirilməsinə xas olan sosial məsuliyyətini üzə çıxarır. Belə sənət nümunələri toplusu unikal beynəlxalq tendensiyanın xüsusiyyətlərini bir daha vurğulayaraq, ərazi, milli və əqli təfəkkürün spesifik cəhətlərini, habelə memarları bir araya gətirən arxitektura və digər proseslərə qlobal baxışı əks etdirir.

Bu 100 incəsənət nümunəsinin toplanması iki ildən də çox vaxt aparmışdır. Sözügedən toplu tezliklə “Jap Sam” nəşriyyatı ilə əməkdaşlıq sayəsində kitab şəklində çapdan çıxarılacaq.

İnformasiya axınının güclü olduğu bugünkü sərhədsiz məlumatlar dünyasında unikallığı qoruyub-saxlamaq müşkül bir məsələdir. Məqsədimiz odur ki, açıq fikirləri göstərərək, yaradıcı fəaliyyətin 21-ci əsrin informasiya mühitində necə inkişaf etdiyini, formasının dəyişdiyini və yeni perspektiv aldığını nümayiş etdirək.

 

Gəlin yeni layihəyə birlikdə başlayaq!

Bizimlə əlaqə saxlayın